
Dəniz Uşaq Festivalı – “Dənizçi Passportu” Kampaniyası
Kampaniya Qaydaları və Şərtləri
“Dənizçi Passportu” kampaniyası 31 may – 31 avqust 2026-cı il tarixləri arasında Dəniz Mall-da keçirilir.
31 may 2026-cı il tarixindən etibarən Dəniz Mall-da həyata keçirilən hər minimum 50 AZN məbləğində alış-veriş əsasında ziyarətçilər Məlumat Mərkəzinə yaxınlaşaraq xüsusi “Dənizçi Passportu” əldə edə bilərlər.
Passport əldə edilməsi və qeydiyyat
- Passport ilk minimum 50 AZN-lik alış-veriş çeki təqdim edildikdə verilir.
- Hər passport fərdi istifadə üçündür və üzərində iştirakçının ad, soyad və unikal passport nömrəsi qeyd olunur.
- Passport təqdim edilən zaman Məlumat Mərkəzi əməkdaşları tərəfindən iştirakçının qeydiyyatı aparılır. Qeydiyyat zamanı iştirakçının ad, soyad, əlaqə nömrəsi və şəxsiyyət vəsiqəsi məlumatlarının təqdim edilməsi mütləqdir.
- Passport başqa şəxsə ötürülə və ya istifadə üçün təqdim edilə bilməz.
- İtirilmiş passportlar əvəz edilmir və möhürlər geri qaytarılmır. Dəniz Mall bununla bağlı heç bir məsuliyyət daşımır.
Möhür toplama qaydaları
- Kampaniya müddətində Dəniz Mall daxilində bir mağazada edilən hər minimum 50 AZN alış-verişə görə passporta 1 möhür vurulur.
- Müxtəlif mağazalardan edilən alış-veriş məbləğləri birləşdirilərək 50 AZN hesab edilmir. Hər möhür yalnız eyni mağazada edilən minimum 50 AZN alış-veriş əsasında təqdim olunur.
- Eyni çek üzrə hər 50 AZN məbləğ üçün yalnız bir dəfə möhür əldə etmək mümkündür.
- Möhür əldə etmək üçün alış-veriş çeki və şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır.
- Möhürlər alış-veriş tarixlərinə uyğun olaraq vurulur və 31 may 2026-cı il tarixindən əvvəl edilən alış-veriş çeklərinə möhür əlavə edilmir.
- Məlumat Mərkəzi həftə ərzində ticarət mərkəzinin iş saatları ərzində fəaliyyət göstərəcək və iştirakçılar çeklərini təqdim edərək möhürlərini əldə edə biləcəklər.
Həftəlik qaliblərin müəyyən olunması
- Hər həftənin sonunda (bazar günü) ən çox möhür toplamış 5 passport sahibi qalib hesab ediləcəkdir.
- Qaliblər Dəniz Mall tərəfindən təqdim olunan 500 AZN dəyərində hədiyyə kuponu paketi əldə edəcəklər.
- Hədiyyə kuponu paketlərinə Dəniz Mall daxilində fəaliyyət göstərən müxtəlif brendlərin hədiyyə kartları daxil ediləcəkdir.
- Qaliblərin müəyyən olunması zamanı yalnız həmin həftə ərzində toplanmış möhürlər nəzərə alınır.
- Bir həftəyə aid möhürlər növbəti həftəyə keçirilmir və iştirakçı əvvəlki həftələrin möhürləri ilə növbəti həftənin seçimində iştirak edə bilməz.
- Həftəlik hesablanma bazar ertəsi günündən başlayaraq aparılır.
- Qalib seçimində iştirak etmək üçün minimum 10 möhür tələb olunur.
- Maksimum möhür limiti yoxdur.
- Qaliblərin müəyyən olunması zamanı passportdakı möhürlərə uyğun bütün çeklərin və passport sahibinin şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
- Çeklərdən hər hansı biri təqdim edilmədikdə iştirakçı qalib hesab edilmir.
- Hədiyyələrin təqdim edilməsi zamanı passport təqdim olunmadıqda iştirakçı qalib hesab edilmir.
Festival zonalarına giriş hüququ
- Şənbə və bazar günləri fəaliyyət göstərən festival zonalarına giriş “Dənizçi Passportu”nda mövcud olan minimum 1 möhür vasitəsilə mümkündür.
Minimum 1 möhür iştirakçıya ticarət mərkəzi daxilində yerləşən:
- Dəniz quldurları zonası
- Sirk zonası
- Planetlər zonası
- Okean zonası
Ərazilərinə giriş və həmin zonalarda təşkil olunan əyləncə fəaliyyətlərindən istifadə imkanı yaradır.
2. Uşaq zonaları hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcəkdir.
3. Şənbə günü zonaya giriş üçün tələb olunan möhür yalnız həmin şənbə günü qazanılmış olmalıdır.
4. Bazar günü zonaya giriş üçün tələb olunan möhür yalnız həmin bazar günü qazanılmış olmalıdır.
5. Əvvəlki günlərdə və ya əvvəlki həftələrdə qazanılmış möhürlər həftəsonu zonalara giriş üçün keçərli hesab edilmir.
Məhsul qaytarılması
- Alınmış məhsul geri qaytarıldığı halda həmin alış-veriş əsasında passporta vurulan möhür ləğv edilir və passportdan silinir.
- Məhsul qaytarılması nəticəsində iştirakçının möhür sayı dəyişə və qalib statusu etibarsız hesab oluna bilər.
Kampaniyada keçərli olmayan məkanlar
Kampaniya aşağıda qeyd olunan məkanlarda keçərli deyil:
- Bir-İki Dönər
- Burger King
- McDonald’s
- KFC
- Papa John’s
- Köfteci Ramiz
- MADO
- Əjdaha Döner
- Pidem
- Mochiki
- Cadoro
- Bravo Supermarket
Kontakt Home və iSpace mağazalarında yalnız nağd alış-verişlər zamanı möhür vurula bilər və maksimum 5 möhür əldə etmək mümkündür.
Digər şərtlər
- Kampaniya üzrə hədiyyələr və seçim mexanikası təşkilatçı tərəfindən müəyyən edilir.
- Təşkilatçı kampaniya qaydalarında dəyişiklik etmək hüququnu özündə saxlayır.
- Kampaniyanın ən aktual və tam şərtləri @denizmall_official Instagram səhifəsi və Dəniz Mall-un rəsmi internet saytı üzərindən paylaşılır və son versiya həmin platformalarda yerləşdirilən qaydalar hesab olunur.