
Dəniz Uşaq Festivalı – “Dənizçi Passportu” Kampaniyası
Kampaniya Qaydaları və Şərtləri
“Dənizçi Passportu” kampaniyası 31 may – 22 avqust 2026-cı il tarixləri arasında Deniz Mall-da keçirilir.
31 may 2026-cı il tarixindən etibarən Deniz Mall-da həyata keçirilən hər minimum 50 AZN məbləğində alış-veriş əsasında ziyarətçilər InfoDesk-ə yaxınlaşaraq xüsusi “Dənizçi Passportu” əldə edə bilərlər.
Passport əldə edilməsi və qeydiyyat
- Passport ilk minimum 50 AZN-lik alış-veriş çeki təqdim edildikdə verilir.
- Hər passport fərdi istifadə üçündür və üzərində iştirakçının ad, soyad və unikal passport nömrəsi qeyd olunur.
- Passport təqdim edilən zaman Məlumat Mərkəzi əməkdaşları tərəfindən iştirakçının qeydiyyatı aparılır. Qeydiyyat zamanı iştirakçının ad, soyad, əlaqə nömrəsi və şəxsiyyət vəsiqəsi məlumatlarının təqdim edilməsi mütləqdir.
- Passport başqa şəxsə ötürülə və ya istifadə üçün təqdim edilə bilməz.
- İtirilmiş passportlar əvəz edilmir və möhürlər geri qaytarılmır. Deniz Mall bununla bağlı heç bir məsuliyyət daşımır.
Möhür toplama qaydaları
- Kampaniya müddətində Deniz Mall daxilində bir mağazada edilən hər minimum 50 AZN alış-verişə görə passporta 1 möhür vurulur.
- Müxtəlif mağazalardan edilən alış-veriş məbləğləri birləşdirilərək 50 AZN hesab edilmir. Hər möhür yalnız eyni mağazada edilən minimum 50 AZN alış-veriş əsasında təqdim olunur.
- Eyni çek üzrə hər 50 AZN məbləğ üçün yalnız bir dəfə möhür əldə etmək mümkündür.
- Möhür əldə etmək üçün alış-veriş çeki və şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır.
- Möhürlər alış-veriş tarixlərinə uyğun olaraq vurulur və 31 may 2026-cı il tarixindən əvvəl edilən alış-veriş çeklərinə möhür əlavə edilmir.
- Məlumat Mərkəzi həftə ərzində ticarət mərkəzinin iş saatları ərzində fəaliyyət göstərəcək və iştirakçılar çeklərini təqdim edərək möhürlərini əldə edə biləcəklər.
Həftəlik qaliblərin müəyyən olunması
- Hər həftənin bazar günü ən çox möhür toplamış 5 passport sahibi qalib hesab ediləcəkdir.
- Qalib seçilərkən ötən həftənin bazar günündən etibarən, seçim ediləcək həftənin şənbə günü daxil olmaqla toplanan möhürlər sayılır.
- Qaliblər Deniz Mall tərəfindən təqdim olunan 500 AZN dəyərində hədiyyə kuponu paketi əldə edəcəklər.
- Hədiyyə kuponu paketlərinə Deniz Mall daxilində fəaliyyət göstərən müxtəlif brendlərin hədiyyə kartları daxil ediləcəkdir.
- Qaliblərin müəyyən olunması zamanı yalnız həmin həftə ərzində toplanmış möhürlər nəzərə alınır.
- Bir həftəyə aid möhürlər növbəti həftəyə keçirilmir və iştirakçı əvvəlki həftələrin möhürləri ilə növbəti həftənin seçimində iştirak edə bilməz.
- Qalib seçimində iştirak etmək üçün minimum 10 möhür tələb olunur.
- Maksimum möhür limiti yoxdur.
- Qaliblərin müəyyən olunması zamanı passportdakı möhürlərə uyğun bütün çeklərin və passport sahibinin şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
- Çeklərdən hər hansı biri təqdim edilmədikdə iştirakçı qalib hesab edilmir.
- Hədiyyələrin təqdim edilməsi zamanı passport təqdim olunmadıqda iştirakçı qalib hesab edilmir.
- Təşkilatçı tərəfindən müəyyən edildiyi halda ki, təqdim olunan çeklər iştirakçının öz alış-verişinə aid deyil və müxtəlif şəxslərdən toplanmışdır, həmin iştirakçı qalib elan edilmək hüququnu itirir və nəticələr etibarsız hesab olunur.
Festival zonalarına giriş hüququ
- Şənbə və bazar günləri fəaliyyət göstərən festival zonalarına giriş “Dənizçi Passportu”nda mövcud olan minimum 1 möhür vasitəsilə mümkündür.
- Şənbə günü zonaya giriş üçün tələb olunan möhür yalnız həmin şənbə günü qazanılmış olmalıdır.
- Bazar günü zonaya giriş üçün tələb olunan möhür yalnız həmin bazar günü qazanılmış olmalıdır.
Minimum 1 möhür iştirakçıya ticarət mərkəzi daxilində yerləşən:
- Dəniz quldurları zonası
- Sirk zonası
- Planetlər zonası
- Okean zonası
Ərazilərinə giriş və həmin zonalarda təşkil olunan əyləncə fəaliyyətlərindən istifadə imkanı yaradır.
- Uşaq zonaları 12 iyuladək şənbə və bazar günləri saat 12:00-22:00-dək fəaliyyət göstərəcək.
- Əvvəlki günlərdə və ya əvvəlki həftələrdə qazanılmış möhürlər həftəsonu zonalara giriş üçün keçərli hesab edilmir.
Məhsul qaytarılması
- Alınmış məhsul geri qaytarıldığı halda həmin alış-veriş əsasında passporta vurulan möhür ləğv edilir və passportdan silinir.
- Məhsul qaytarılması nəticəsində iştirakçının möhür sayı dəyişə və qalib statusu etibarsız hesab oluna bilər.
Kampaniyada keçərli olmayan məkanlar
Kampaniya aşağıda qeyd olunan məkanlarda keçərli deyil:
- Bir-İki Dönər
- Burger King
- McDonald’s
- KFC
- Papa John’s
- Köfteci Ramiz
- MADO
- Əjdaha Döner
- Pidem
- Mochiki
- Cadoro
- Bravo Supermarket
Kontakt Home və iSpace mağazalarında yalnız nağd alış-verişlər zamanı möhür vurula bilər və maksimum 5 möhür əldə etmək mümkündür.
Digər şərtlər
- Kampaniya üzrə hədiyyələr və seçim mexanikası təşkilatçı tərəfindən müəyyən edilir.
- Təşkilatçı kampaniya qaydalarında dəyişiklik etmək hüququnu özündə saxlayır.
- Kampaniyanın ən aktual və tam şərtləri @denizmall_official Instagram səhifəsi və Dəniz Mall-un rəsmi internet saytı üzərindən paylaşılır və son versiya həmin platformalarda yerləşdirilən qaydalar hesab olunur.
Pulsuz parkinq qaydaları:
- Kampaniya yalnız həftə içi günləri (bazar ertəsi – cümə) qüvvədədir.
- Şənbə və bazar günləri kampaniya tətbiq edilmir.
- Parkinq güzəşti üçün möhür alma qaydaları Dənizçi Pasportu kampaniyasının möhür toplama qaydaları ilə eynidir.
- Parkinqdən ödənişsiz istifadə etmək üçün minimum 2 möhürünüz olmalıdır, yəni ticarət mərkəzində 100 AZN dəyərində alış-veriş etməlisiniz.
- Möhür almaq üçün keçərli olmayan məkanlar yuxarıda qeyd edilib.
- 7 saatlıq pulsuz dayanacaq müddəti çeki təqdim etdiyiniz andan deyil, avtomobilin dayanacağa daxil olduğu andan hesablanır.
Nümunə:
- Əgər avtomobil dayanacağa saat 13:00-da daxil olubsa və siz çekinizi saat 15:00-da təqdim etmisinizsə, 7 saatlıq limit giriş vaxtından hesablanır və güzəşt saat 20:00-dək qüvvədə olur.
- Bütün parkinq güzəştləri ən gec saat 03:00-dək etibarlıdır.
- 7 saatlıq limitdən artıq və ya saat 03:00-dan sonrakı müddət üçün ödəniş qüvvədə olan tariflərə uyğun hesablanır.
- 7 saatdan sonra qaldığınız hər saat üçün ənənəvi tariflərə uyğun ödəniş etməlisiniz.