Dəniz Uşaq Festivalı 1 iyun – 15 iyul

31 May, 2026

1 iyun – 15 iyul tarixləri arasında Dəniz Mall ölkənin ən böyük uşaq festivalına ev sahibliyi edəcək!

Yay boyunca uşaqları və ailələri rəngarəng dekorlar, əyləncəli proqramlar, sevimli personajlar və xüsusi sürprizlərlə dolu unudulmaz festival atmosferi gözləyir.

Dəniz Uşaq Festivalı müddətində Dəniz Mall-un açıq giriş hissəsində 15 fərqli dəniz canlısının möhtəşəm maketləri yerləşdiriləcək, mall daxilində isə 5 fərqli tematikada hazırlanmış böyük dekorlar qonaqlara tam fərqli bir dünya yaşadacaq. Hər biri xüsusi dizayn olunan bu zonalar həm uşaqların marağına səbəb olacaq, həm də ailələr üçün rəngarəng xatirələr yaratmaq imkanı təqdim edəcək.

Festival boyunca hər həftənin şənbə günü saat 12:00-dan 22:00-a qədər mall daxilində qurulan fərqli fotozonalarda masterklasslar, face art fəaliyyətləri və müxtəlif əyləncəli oyunlar keçiriləcək. Uşaqlar sevdikləri fəaliyyətlərdə iştirak edərək həm öyrənəcək, həm də doyunca əylənəcəklər.

Hər həftənin bazar günü saat 19:00-da isə Dəniz Mall rəngarəng maskot paradı ilə canlanacaq. 20-yə yaxın fərqli personajın iştirakı ilə keçiriləcək bu xüsusi parad uşaqlara nağıl dünyasının atmosferini yaşadacaq və festival axşamlarına xüsusi enerji qatacaq.

Festival çərçivəsində Dəniz Mall-un mağazaları və brendləri də qonaqlar üçün xüsusi kampaniyalar və endirimlər təqdim edəcək. Ən sevilən məhsullarda hazırlanmış təkliflər həm uşaqları sevindirmək, həm də alış-verişdən daha sərfəli yararlanmaq üçün əla fürsət olacaq.

Ölkənin ən böyük uşaq festivalının açılış tədbiri isə 31 may saat 19:00-da keçiriləcək. Dəniz Mall-un açıq hava ərazisində baş tutacaq açılış gecəsində rəngarəng tüstü şouları, köpük balonları və enerjili DJ performansı festival atmosferini ilk gündən zirvəyə daşıyacaq.

Unutmayın, Dəniz Uşaq Festivalında iştirak tamamilə ödənişsizdir. Bu yay uşaqlarınızla birlikdə ən rəngarəng və əyləncəli xatirələri Dəniz Mall-da yaşayın!

Share

Shop & Dining

News & Updates