- Kampaniya 9 sentyabr 2026-cı il tarixindən etibarən hər çərşənbə günü keçirilir.
- Kampaniyada iştirak etmək üçün alış-verişlərin ümumi məbləği minimum 100 AZN olmalıdır.
- Hər 100 AZN ümumi alış-veriş məbləğinə 1 şans təqdim olunur.
- Alış-verişlər eyni və ya müxtəlif mağazalardan edilə bilər.
- Müxtəlif mağazalardan edilən alış-verişlər üzrə çeklərin ümumi məbləği 100 AZN olduqda 1 şans, 200 AZN olduqda 2 şans, 300 AZN olduqda 3 şans və s. təqdim edilir.
- Bir çek üzrə alış-veriş məbləğinin 100 AZN-dən çox olması əlavə şans qazandırmır. Şanslar ümumi alış-veriş məbləği əsasında hesablanır.
- Hər bir şans iştirakçıya hədiyyə çarxını 1 dəfə fırlatmaq hüququ verir.
- İştirak zamanı alış-veriş çeklərinin əsli təqdim edilməlidir.
- Saxta, dəyişdirilmiş, oxunmayan və ya daha əvvəl istifadə edilmiş çeklər qəbul edilmir.
- Qazanılan hədiyyə kartı nağd pula dəyişdirilmir və geri qaytarılmır.
- Hədiyyə kartlarının sayı məhduddur və mövcudluğundan asılı olaraq təqdim edilir.
- Qazanılan hədiyyə kartının müvafiq brend üzrə mövcud olmadığı halda, iştirakçıya hədiyyə çarxını yenidən fırlatmaq hüququ verilir.
- Kampaniya qaydaları və şərtləri PASHA Malls tərəfindən dəyişdirilə və ya dayandırıla bilər.