Dəniz Mall tədbirləri

07 Fevral, 2023

Flash Kart, Sky Park, Kinderland, U Dyadi Maksa, Vasilchuki Chaihona 1 kimi unikal brendlərlə qəlbləri fəth edən Dəniz Mall bununla yanaşı, 2022-ci ildə bir-birindən rəngli tədbirlərə ev sahibliyi etmişdir. Müxtəlif fləşmob, master-klass, şou, xarici mədəniyyət tədbirləri, sərgilər və ən nəhayətində "Dəniz Karnavalı" ilə rəngarəng ilə imza atmış Dəniz Mall ilin yekununa möhtəşəm konsertlə möhür vurdu!

25 dekabr tarixində Dəniz Mall -da ilk dəfə olaraq tam fərqli konseptdə konsert keçirilmişdir. Dəniz Mall bu dəfə son illərin ən sevilən ifaçılarından olan Ayaz Babayevi öz sevənləri ilə görüşdürdü.

İfaçının bir-birindən məşhur mahnıları Dəniz Mall qonaqları tərəfindən alqış və coşqu ilə qarşılandı. Konsert rəngli anlarla yaddaşlarda iz buraxdı.

Qeyd edək ki, Dəniz Mall yeni 2023-cü ildə də qonaqlarını musiqi və sürprizlərlə qarşılamağa hazırlaşır və hər birinizə #Dənizəgəl deyir!

Share

Shop & Dining

News & Updates